Əsas Səhifə / Layihə
“Birliyə Doğru” ” İctimai Birliyi' dən əməliyyata ehtiyacı olanlara dəsdək
29-05-2014, 13:00
“Birliyə Doğru” İctimai Birliyi əməliyyata ehtiyacı olan, müalicəsi üçün maddi imkanı olmayan və bir sıra qayğılardan əziyyət çəkən insanlara və onları tanıyanlara müraciət edib.
İctimai Birlikdən “Axar.az”a verilən məlumata görə, müraciətin səbəbi yardıma ehtiyacı olan insanları tapmaqdır və bu istiqamətdə işlər başlayıb:
“Ətrafınızda olan kimsəsiz, yoxsul və əlil insanların problemləri ürəyinizi ağrıdır? Əlinizdən heç nə gəlmədiyini və bu insanlara heç cür kömək edə bilməyəcəyinizi düşünürsünüz? Elə isə bizimlə əlaqə saxlayın”.
İctimai Birlikdən verilən məlumata görə, təşkilat 100 min manat həcmində büdcəyə sahibdir və sadalanan istiqamətdə ehtiyacı olan insanları tapmaq üçün bu müraciəti edib.
Qeyd edək ki, bu təşəbbüs yoxsul ailələr, kimsəsizlər, əlillər, internat məktəbi tələbələri və məzunları üçün nəzərdə tutulub.
Əgər sizin də ətrafınızda belə insanlar varsa, ətraflı məlumatları (adlarını ünvanlarını, əlaqə nömrələrini və nəyə ehtiyacları olduğunu) yazıb bizim Feysbuk səhifəmizə göndərin. Birliyə Doğru İctimai Birliyi müayinə, müalicə və müxtəlif əməliyyatların daxil olduğu tibbi yardımı təmin etməklə bərabər ərzaq və qida ehtiyacı olanlara yardım göstərməyi də öhdəsinə götürüb.