Xəbərlər / Şikayət / Gündəm

Yeni doğulan körpə öldü, ailəsi həkimi günahlandırır

4-07-2017, 20:09

Ağdaş rayonunda yeni doğulan körpə dörd gün sonra dünyasını dəyişib.

Xeberman.com Xəzər TV-yə istinadən məlumat verir ki, Ağdaşın Yengicə kənd sakini 23 yaşlı Məryəm Qocayeva Ağdaş rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə doğuş keçirib.

Uşağın anası və nənəsi hadisədə xəstəxananın doğum şöbəsinin pediatrı Rəhilə Xəlilovanı günahlandırırlar. Onlar körpənin sağlam olaraq doğulduğunu və səhlənkarlıq səbəbindən öldüyünü iddia edirlər.

Uşağın vəziyyətinin pisləşdiyini görən ailə, onu Bakıdakı xəstəxanalardan birinə aparıb. Sarılığın faizi artıdığından, həkimlər körpənin yaşamayacağını bildiriblər.

Hakim Rəhilə Xəlilova isə haqqında deyilənləri qəbul etmir və körpənin sağlamlığına qovuşması üçün əlindən gələni etdiyini deyir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, məsələ nəzarətə götürülüb. Xüsusi Komissiya tərəfindən ölümün səbəbi araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra uşağın hansı səbəbdən öldüyü müəyyənləşdiriləcək və müvafiq qərar qəbul olunacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]