Xəbərlər / Foto Fakt

Ramil Səfərov ata oldu – FOTO

4-07-2017, 16:50

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov ikinci dəfə ata olub.

Xeberman.com primetime.az-a istinadən xəbər verir ki, bir neçə dəqiqə öncə zabitin oğlu dünyaya gəlib.

Cərrah-mama ginekoloq Səbinə Mirzəyevanın rəhbərliyi ilə keçən doğum prosesində bir ilk yaşanıb. Belə ki, zabitin həyat yoldaşı ilk övladını qeysəriyyə yolu ilə dünyaya gətirib. Bu dəfə isə ginekoloq Səbinə Mirzəyevanın sayəsində doğuş təbii yolla baş tutub. Bu da tibb sahəsində nadir hallardan biridir. Qeysəriyyə əməliyyatından sonra növbəti doğuşu həyata keçirməyi isə Azərbaycanda yalnız Səbinə Mirzəyeva bacarır.

Qeyd edək ki, Ramil Səfərov 2012-ci il oktyabrın 9-da evlənib. Zabitin həm də bir qız övladı var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]