Media

BMT-nin Əhali Fondu jurnalistlər üçün növbəti təlim təşkil edir

3-07-2017, 11:38
BMT-nin Əhali Fondu jurnalistlər üçün növbəti təlim təşkil edir
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi “MediaLink” şirkəti ilə birlikdə jurnalistlər üçün “Qız uşaqlarının dəyərinin təşviqi üçün ictimai məlumatlılığın artırılması və medianın rolu” mövzusunda təlim təşkil edəcək.

Musavat.com-a verilən məlumata görə, 6-7 iyul tarixlərində keçiriləcək təlim insan haqları, gender problemləri, gender əsaslı zorakılıqvə s. bu kimi mövzularda yazan jurnalistləri cinslərin doğum nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlandırmaq və medianın diqqətini son illər Azərbaycanda aktual olan bu mövzuya cəlb etməkdir. Təlimin ardınca iştirakçı jurnalistlər arasında “Ən yaxşı məqalə” müsabiqəsi təşkil olunacaq və müsabiqənin qalibləri mükafatlandırılacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]