İdman

“Qəbələ”-də yeni hücumçu

3-07-2017, 00:52

“Qəbələ” daha bir futbolçu transferini həyata keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə Report klubun saytına istinadən məlumat verib.

Malili hücumçu Famoussa Kone icarə əsasında 1 il "qırmızı-qara” formasını geyinəcək.
1994-cü il mayın 3-də anadan olan afrikalı forvard karyerasına Fransada başlayıb. Kone 2012 - 2016-cı illərdə “Bastiya” klubunun əsas və B komandalarında çıxış edib. 2015-2016-cı illərdə icarə əsasında Türkiyə “Samsunspor”unun uğurları üçün çalışan hücumçu ötən il “Göztəpə” ilə anlaşıb. 2016/2017 mövsümünün ilk yarısını İzmir klubunda keçirən malili qışda

“Samsunspor”a icarəyə verilib. 2013-cü ildə Malinin U-20 milli komandasına cəlb olunan Kone Afrika çempionatında iştirak edib. Onun çıxış etdiyi yığma yarışın yarımfinalına qədər irəliləyib.
Qeyd edək ki, "Qəbələ" daha öncə İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone və şotlandiyalı Endi Hallideylə anlaşıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]