İdman

Messi dördüncü dəfə “Qızıl buts”a sahib çıxıb

29-05-2017, 17:01

“Barselona”nın lideri Lionel Messi 2016/2017 mövsümünün yekunlarına əsasən “Qızıl buts” mükafatına layiq görülüb.

Mükafat Avropa liqalarında rəqib qapılarına ən çox qol vuran futbolçuya verilir.

Argentinalı hücumçu ötən mövsüm İspaniya çempionatında 37 dəfə fərqlənib. İkinci yerdə qərarlaşan “Sportinq”in futbolçusu Bas Dost 34, üçüncü pillənin sahibi Dortmundun “Borussiya” klubunun oyunçusu Pyer-Emerik Obameyyanq isə 31 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, L.Messi “Qızıl buts” mükafatını dördüncü dəfədir ki, qazanır. Hücumçu bundan əvvəl 2010, 2012 və 2013 illərdə Avropanın ən məhsuldar futbolçusu olub. // Oxu.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]