Dünya / Maraqlı / Texnologiya

FTB "Kaspersky Lab"ın əməkdaşlarını dindirib

29-06-2017, 13:10
FTB "Kaspersky Lab"ın əməkdaşlarını dindirib
ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları "Kaspersky Lab" şirkətinin işçilərini dindirib. "APA-Economics" xəbər verir ki, bu barədə "NBC News" telekanalı xəbər verir.

Bildirilir ki, FTB agentləri şirkətin azı 12 əməkdaşının evinə gəlib və onları sorğu-sual edib. Büronun əməkdaşları bildirib ki, onlar əks-kəşfiyyat tədbirləri çərçivəsində informasiya yığır. "FTB agentlərini "Kaspersky Lab" şirkətinin fəaliyyəti və onun əməkdaşlarının baş ofisə hansı əməliyyatlar barədə hesabat verməsi maraqlandırır", - deyə telekanal qeyd edir.

Hələlik nə şirkət, nə də FTB rəsmi açıqlama yaymayıb.

NBC onu da bildirir ki, "Kaspersky Lab" xeyli müddətdir ABŞ hökumətinin maraq dairəsinə düşüb. Belə ki, şirkətin antivirus proqramları ABŞ-da geniş yayılmaqdadır. "Rəsmi Vaşinqton "Kaspersky Lab" şirkətinin sahibi Yevgeni Kasperskinin Rusiya kəşfiyyatı ilə mümkün yaxınlığından narahatdır. Belə ki, o, Rusiya Dövlət Təhlükəsizliyi Xidmətinin Ali Məktəbinin IV fakültəsini bitirib", - deyə müəllif iddia edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]