Dünya

ABŞ rəsmisi yenidən terrorçularla görüşdü - Foto

29-06-2017, 11:11

ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Bret Makqark YPG komandirləri ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

Makqarkın ilk olaraq helikopterlə İŞİD-in paytaxtı Rakkanın strateji əhəmiyyət daşıyan Tabka mahalına, daha sonra Eyn İssa kəndinə getdiyi bildirilib. O, burada Suriya Demokratik Qüvvələrinin komandanları ilə görüşüb.

Qeyd edək ki, Bret Makqark daha əvvəl də YPG üzvləri ilə görüşmüşdü. Onun bu addımını Türkiyə etirazla qarşılamışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]