Xəbərlər / Maraqlı

11 il boyunca 1000 məşhurla şəkil çəkdirib

28-06-2017, 01:17
11 il boyunca 1000 məşhurla şəkil çəkdirib
Qeyri-adi kolleksionerin macəraları Türkiyəni heyrətə salır
Türkiyənin Mersin şəhərində özəl təhlükəsizlik əməkdaşı olan Evren Yılmaz qeyri-adi kolleksiyasını yaratmaq üçün işindən artıq qalan bütün vaxtını şəkil çəkdirmək istədiyi məşhurlara çatmaq üçün keçirib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı E.Yılmaz son 11 ildə sənət və idman cameyəsindən min nəfər məşhurla tanış olaraq şəkil çəkdirib.

Uşaqlığından bəri Yeşilcam ulduzlarına heyranlıq duyan E.Yılmaz 2006-cı ildə "Beynelmilel" filminin aktyorlarından olan Oqtay Qaynarcanın cangüdənliyini edərkən, filmdə qısa bir rol oynamağa nail olub. Filmdəki məşhurlarla çəkdirdiyi fotolardan sonra bunu özünə xobbi seçən Yılmaz Yeşilcam ulduzları ilə əlaqə qurmağa qərar verib. Mersin şəhərinə gələn aktyorları təqib edən, vaxt tapdıqca digər şəhərlərə də məşhurları görməyə gedən Yılmaz bəzilərini də evlərində ziyarət edib. Yılmaz, Cüneyt Arkın, Türkan Şoray, Filiz Akın, Ediz Hun, Ayşen Gruda, Oya Aydoğan, Sümer Tilmaç ve Serdar Gökhanın da aralarında yer aldığı sənətçilərlə paralel, idman dünyasından bir çox məşhurla da şəkil çəkdirib.

Yeşilçam sevgisiylə böyüdüyünü deyən Yılmaz aşağıdakıları da vurğulayıb: “Qarda-qışda işdən çıxıram, təyyarə ilə İstanbula gedirəm, məşhurlara kitablarını imzalatmaq, onları görmək və heyranlığımı bildirmək üçün o qədər məsafə qət edirəm. Bəzən də Adana və Tarsusa gedirəm. Büdcəm nə qədər imkan verirsə, ora qədər gedirəm. Önəmli olan hədəf qoymaqdır”.
Artıq məşhurların onu tanımağa başladığını deyən Yılmaz "İçimdəki sevgini, sayğını göstərincə “bu adamın məqsədi var” deyib, qəbul edirlər. Ən son Cüneyt Arkına çatmaq üçün telefonunu tapıb, evinə zəng vurdum.

Köməkçiləri “Oğlunun yanında Londonda yaşayır” dedilər. Amma yanına getməyi qərarlaşdırdım. Təyyarə biletini təşkil etdim, həyat yoldaşıma dedim ki, “Məni Yeşilçama aşiq edən əfsanəni görüb gələcəm, kitabını imzalatdıracam. Mersində hava şərtləri çox yaxşı idi. Amma İstanbulda qar altında evinə getdim. Köməkçiləri evdə olmadığını dedilər. Mən də kitabını qoydum ki, gələndə imzalasın. Bu arada da nömrəmi verdim. Taksi ilə qayıdanda köməkçisi zəng etdi, gəlməyimi söylədi. Təkrarən evinə getdim, görüncə gözlərim doldu. Əllərini öpdüm. Böyük bir heyranı olduğumu dedim”.

Yılmaz eyni zamanda deyib ki, ən böyük arzusu Şener Şen və Kadir İnanırı görməkdir və nə zamansa bu arzusuna çatacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]