Xəbərlər / Siyasət
Mehriban Əliyevaya daha bir köməkçi təyin edildi - SƏRƏNCAM
24-06-2017, 15:01
Prezident İlham Əliyev E.O.Əmirbəyovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilsin.
Qeyd edək ki, E.Əmirbəyov daha 2010-cu ildən 2017-ci ilə qədər Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib.