Xəbərlər / Maraqlı

Üç rəfiqə bir yerdə 100 yaşlarını qeyd etdi

21-06-2017, 10:08
Üç rəfiqə bir yerdə 100 yaşlarını qeyd etdi
Vaşinqtonda üç uşaqlıq rəfiqəsi özlərinin 100 illik yubileyini keçiriblər.

Onlar bu tədbiri yerli baptist kilsəsində qutlayıbıar. Qledis Batler, Bernis Andervud və Rut Hemmet 1916-cı ilin yayında anadan olublar və Vaşinqtonda bir yerdə böyüyüblər. Rəfiqələrin dördüncüsü, Leona Barnes isə 100 yaşına iki ay qalmış dünyasını dəyişib. Onlar bir yerdə işləyir və bir-birinə təsərrüfat işlərində yardım edirdilər. Qadınların ortaq bayramına qohumlar, uşaqlar, çoxsaylı nəvələr və nəticələr yığışıb. Kilsəyə gələnlər isə rəqs edir, əylənir və təqaüdçü qadınlara gül, hədiyyə verirdilər.

Yubilyarlar dördüncü rəfiqələrini də unutmayıblar. Onlar bir masanın üzərində həmin rəfiqələrinin portretini də yerləşdiriblər.

Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]