Ölkə

ŞAMAXININ İCRA BAŞÇISI AŞPAZINA DA AA SERİYALI AVTOMOBİL VERİB – ÖZƏL

11-03-2016, 10:36
Rayon İcra hakimiyyəti başçısının I müavini Qasım Qasımov isə evinə xidməti avtomobilini yolun hərəkət istiqamətinin əksinə sürdürməklə gedir. 

Bəzi rayon icra hakimiyyəti başçıları haqqında əldə edilən məlumatlara nəzər saldıqda bu şəxslərin məhz Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə bu görəvlərdə olduqlarının fərqinə varmadıqları qənaəti yaranır. Çünki yuxarıda qeyd olunduğu kimi məhz bəzi rayon icra hakimiyyəti başçıları özlərini rəhbərlik etdikləri rayonun ağaları kimi aparırlar. Yaşam tərzlərini sadə vətəndaşın təsəvvür belə etmədiyi, əsasən əndazəni aşmaş ərəb şeyxlərinin hərəkətlərinə bənzədən bu şəxslər regionda ölkə başçısının təmsilçiləri olduqlarını kresloya sahiblənən kimi unudurlar. Belə icra başçıları prezidentin söylədiyi kimi nəinki səmimi, təvəzökar olmurlar, əslində həmən vəzifənin səfasını sürməyə başlayırlar. 
Conflict.az-a Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevlə bağlı ilginc məlumat daxil olub. Məlumatı verən mənbə bildirir ki, cənab Ağayev hər hansı təhsili olmayan, əvvəllər müxtəlif iaşə müəssisələrində aşpaz kimi fəaliyyət göstərən Anar Rəsulovu RİH-nə komendant vəzifəsinə təyin edib. Mənbə səbəb kimi A.Rəsulovun RİH-də görəvə gətirilməsinə ən əsas səbəbin isə onun Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevə şəxsi aşpazlıq etməsini göstərdi. Belə ki, Anar Rəsulov işdə, evdə, hətta icra başçısı istirahətə getdiyi zaman belə onun yeməyindən sorumlu olan tək şəxsdir. Göründüyü kimi cənab Ağayev padşahlar kimi səfərə belə şəxsi aşpazı ilə çıxır. Anar Rəsulovun bu xidməti isə icra başçısı tərəfindən layiqincə qiymətləndirilib. Belə ki. Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, aşpazı Anar Rəsulova RİH-də yalnız vəzifə verməyib, eyni zamanda aşpaz-komendatın idarə etməsi üçün 56 AA 038 dövlət nömrə nişanlı Niva, 56 AA 101 dövlət nömrə nişanlı isə ağ rəngli Cip verib. 
ŞAMAXININ İCRA BAŞÇISI AŞPAZINA DA AA SERİYALI AVTOMOBİL VERİB – ÖZƏL
Göründüyü kimi ölkə başçısını təmsil edib, lakin dövlət büdcəsini və əmlakını dövlətin iqtisadi böhran yaşadığı bir zamanda şəxsi xidmətində duran şəxslərə sərf edən rəhbərlər hələ də iş başındadırlar. 
Xatırladaq ki, bir müddət əvvəl əslən Sabirabad rayonundan olan A.Ağayevin yaxınlarndan birinin dünyasını dəyişməsindən sonra, rayondakı dövlət müəssisələrinin fəaliyyətinin iflic vəziyyətinə düşməsi haqqında da məlumat dərc etmişdik. Həmin vaxt məlumatı verən mənbə bildirmişdi ki, nəinki rayon icra hakimiyyətinin əməkdaşlarının, hətta rayonda fəaliyyət göstərən əksər dövlət idarələrinin rəhbərlərinin, məktəb direktorlarının, bələdiyyə sədrlərinin, sahə müvəkkillərinin, icra nümayəndələrinin iştirakı ilə Şamaxıdan Sabirabada maşın karvanının ardı-arası kəsilmirmiş. RİH başçısının I müavini Qasım Qasımovun təşkilatçılığı ilə mütəmadi hərəkətə gətirilən maşın karvanından geri qalmaq isə olduqca qəbahəti bir iş kimi qiymətləndirilirmiş Bu isə həmin şəxsə yaxşı heç nə vəd etmirdi. 
Məlumatı verən mənbə RİH-nin başçısının I müavini Qasım Qasımovla bağlı da ilginc xəbərləri təqdim etdi. Belə ki. Şamaxının idarə olunmasına qeyri-rəsmi rəhbərlik edən Q.Qasımov nə qədər qəribə olsa da artıq yolu da sadə şamaxılılar kmi deyil, əksinə hərəkət edir. Mənbə bildirdi ki, RİH başçısınn I müavinini evinə aparan yol rayon mərkəzi bazarının arxasından keçsə də, Qasım Qasımov yolun olduqca bərbad olması səbəbindən həmin yoldan heç vaxt istifadə etmir. Mənzilinə əsas yolu əks istiqamətdə hərəkət etməklə gedən I müavinin bu hərəkətini Şamaxıda kimsənin təkrar etməyə cürəti çatmır. 
ŞAMAXININ İCRA BAŞÇISI AŞPAZINA DA AA SERİYALI AVTOMOBİL VERİB – ÖZƏL
Çünki həmin ərazidə mütəmadi olaraq Şamaxı rayon DYP-sinin əməkdaşları dayanırlar. Ona görə də sadə vətəndaşlar keçilməsi olduqca zor olan küçədən keçmyə məcbur olurlar. RİH rəhbərliyi isə bu küçəyə normal asvalt örtüyü döşəməyi düşünmür. Zatən Q.Qasımovun timsalında rəhbərlik öz problemlərini "həll edib”.

Redaksiya yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]