Xəbərlər

Kişi Xoşqədəmdən eşitdiyi xəbərdən şoka düşdü: 55 yaşlı arvadı təzə ərə gedibmiş... – FOTO

16-06-2017, 22:13

Azərbaycanda hamının ailəli güman etdiyi qadın yenidən ərə gedib.

3 aydır arvadı yoxa çıxan Nadir adlı kişi Cəlilabaddan Bakıya onu axtarmağa gəlib.

Kişi bu məqsədlə Xoşqədəm Hidayətqızının “Bizə danış” verilişinə üz tutub. Həyat yoldaşı İsayeva Səbirə Bəxtiyar qızını mart ayının 11-də Bakıya işləyib pul qazanmağa yola saldığını, daha sonra ondan heç bir xəbər almadığını söyləyib.

“Bizə danış” komandasının axtarışları qısa müddətdə öz nəticəsini verib. 55 yaşlı qadın Türkiyənin Balıkəsir bölgəsində tapılıb. Səbirə İsayevanın orada ərə getdiyi məlum olub.
Qadının təzə əri ilə şəkli ekranda nümayiş etdirilib. Bunu görən kişinin reaksiyası qəribə olub. O, Xoşqədəm xanıma üz tutaraq yalvarıb: “Niyə belə etdiz? Xahiş edirəm, arvadımı tapıb gətirin”.

Canlı yayıma telefon bağlantısı ilə qoşulan S.İsayeva ərə getdiyini və xoşbəxt olduğunu söyləyib. Qadın deyib ki, Nadir kişi birgə yaşadıqları 35 il müddətində ona əzablar verib və sonda ayrılmaq qərarına gəlib. Təzə əri ilə isə Bakıda işləyən zaman tanış olub, Türkiyəyə bərabər gediblər. Qadın qayıtmaq fikrində olmadığını bəyan edib.

Söhbətlərdən məlum olub ki, Nadir kişi ilə Səbirə xanım vətəndaş nikahı ilə bərabər yaşayıblar. Nadir kişinin rəsmi həyat yoldaşı başqa xanım olub. Hər iki xanımla eyni evdə yaşayıb və hər ikisindən uşaqları var. Rəsmi nikahlı həyat yoldaşı iki il öncə dünyasını dəyişib.

Eşitdiklərindən şoka düşən kişinin halı pisləşib və studiyanı tərk edib. Telekanala təcili yardım briqadası çağırılıb. Həkimlər Nadir kişinin vəziyyətini müayinə etdikdən sonra ona sakitləşdirici iynə vurublar. // Oxu.az



Administratorla əlaqə

077 611-55-22

[email protected]