Xəbərlər

Gəncədə ŞOK: ailəli kişi evlənmək üçün öz qardaşı qızını qaçırdı

4-04-2017, 21:22

Xezerxeber.az-a bu haqda məlumatı Həsənin ayrılmaq istədiyi, 8 il evli olduğu həyat yoldaşı Həmidə Səfərova verib.

Onun sözlərinə görə, əri ilə qaynı qızı 1 ay əvvəl qoşulub qaçıblar. O isə uşaqlarını da götürərək Biləsuvarda öz ata evinə qayıdıb.

Qadın deyir ki, əri ilə qaynı qızının münasibətindən evləndikdən bir müddət sonra şübhələnib. Amma hər dəfə bu mövzu açılanda həyat yoldaşı onu müxtəlif vasitələrlə təhdid edib.

Sayt Həsən Səfərovla telefon əlaqəsi saxlamağa zəhd etsə də, alınmayıb.

Ona görə də iddiaların doğru olub- olmadığını öyrənmək üçün saytın əməkdaşları Həsən Səfərovun evinə yollanıblar. Burada onların eşitdikləri daha dəhşətli olub.

Həyat yoldaşı Həmidə Səfərova deyib ki, ərinə qoşulub qaçan qaynı qızı evli olub, 2 uşaq anasıdır. Əmisi ilə evlənmək üçün 2 uşağını da yoldaşının üstünə atıb.

Qadının sözlərinə görə, əri ilə qızın üstündə tez -tez davaları düşüb. Sonda kişi boşanmaq üçün məhkəməyə müraciət edib. Amma uşaqları azyaşlı olduğundan hakim boşanmanı bir müddət təxirə salıb. Kişi də boşanma olmadan rəsmi nikahda ola-ola bu üsula əl atıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]