Xəbərlər

Bir günün içində məşhurlaşan QHT sədri: Azan səsi məni narahat etsə, qulağımı tıxayaram

13-06-2017, 12:46

“Facebook”da paylaşdığı statusla gündəmə gələn “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai birliyinin rəhbəri Bəxtimşah Tağıyeva baş verənlərin özünə qarşı təxribat olduğunu bildirib.

QHT sədri Oxu.Az-a açıqlamasında, müzakirə mövzusuna çevrilən azanla bağlı statusun özü tərəfindən yazılmadığını deyir: “Düşünürəm ki, dünən “Facebook” səhifəmdə yazılanların qısa müddət içində mətbuatda tirajlanması təsadüfi deyil. Bunun arxasında dayananlar var. Həmin insanları tapıb sübut etməliyəm ki, o statusu mən yazmamışam. Baş verənləri özümə qarşı təxribat kimi dəyərləndirirəm. Bu, qara piar ancaq və ancaq sifariş ola bilər. O status paylaşılarkən tədbirdə olmuşam. “Facebook” hesabım kompüterimdə açıq qalıb. Kimsə mənim adımdan yazıb. Artıq şübhələndiyim biri var, dəqiqləşdirəndən sonra adını açıqlayacam”.

Bəxtimşah xanım, qatı dindar olmasa da, dindarlara qarşı olmadığını bildirdi: “Qatı dindarları, vəhabiləri qəbul etmirəm, amma İslamın da əleyhinə deyiləm. Azan səsi məni narahat etsə, qulağımı tıxayaram, daha niyə aləmə car çəkirəm?

Dindar deyiləm, gecə-gündüz namaz qılmıram. Amma bacardığımız qədər Allah yolunda işlər görürük, təzəliklə 60 nəfərə yardım etmişik, iftar süfrəsi verməyə hazırlaşırıq. Bu barədə danışmaq istəməzdim, məcbur qaldım. Yardımın fotolarını paylaşdım ki, məni qınayanlar görsünlər”.

QNT sədrini bir günün içində məşhur edən status budur: “Kim nə deyir desin, mən gecə yarı mikrafonla azan səsi eşitmək istəmirəm. Xəstə var, başqa dinlər var, uşaq var. Onları niyə yarımxəstə etməlidirlər ki? Uşaq yatızdırmaq asandır bəyəm?” sözlərini paylaşan QHT rəhbəri oxucuların və medianın qınaq obyektinə çevrilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]