Xəbərlər / Şikayət / İqtisadiyyat

Sığorta şirkəti dəymiş ziyanı ödəmir- VİDEO

11-06-2017, 11:07

Daha bir sürücü sığorta şirkətinin süründürməçiliyindən əziyyət çəkir.

Xeberman.com xezerxeber.az-a istinadən bildirir ki, Zakir Məmmədov Bakıda yol qəzasından sonra avtomobilə dəymiş ziyanın əvəzini şirkətdən ala bilmir. Baxmayaraq ki, hadisədən xeyli vaxt keçib.
Zakir Məmmədovun idarə etdiyi 90 KM 285 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil başqa bir minik maşınına çırpılıb.
Sürücü deyir ki, sığorta şirkətinə dəfələrlə müraciət etsə də, onu süründürlər.
Avtomobilə dəymiş ziyan qiymətləndirilsə də, bu məlumat da sürücüdən gizlədilir.
Sürücü məcburiyyətdən avtomobili əzik şəkildə idarə edir. Yol polisi əməkdaşları da hər dəfə maşını yolda saxlayırlar.
Hüquqşünaslar bildirirlər ki, belə olan halda sürücü Maliyyə Bazarlarına Nəzarət Palatasına və məhkəməyə müraciət etməklə hüquqlarının bərpasını tələb etməlidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]