Əsas Səhifə / İqtisadiyyat

"Atəşgah sığorta"ya ittiham

21-01-2016, 10:42
"Atəşgah sığorta"ya ittiham

"Atəşgah sığorta dəymiş ziyanı ödəməkdən imtina edir və "gedin, istədiyiniz yerə şikayət edin” deyir”.

 

 Bu sözləri zərərçəkmiş Abdulov Maqsud Bəymirzə oğlunun redaksiyamıza göndərdiyi şikəyət məktubunda deyilir. 

 Xeberman.com Qaynar.info-ya istinadən M.Abdulovun məktubunu təqdim edir:

"Mən, Abdulov Maqsud Bəymirzə oğluna məxsus "10 KA 454” dövlət nömrə nişanlı "Nissan Maxima" markalı avtomobilim digər sürücü tərəfindən vurulub. Hər iki maşının sığortalandığı şirkətin və Dövlət Yol Polisinin nümayəndələri hadisə yerinə dəvət olundu. Məlum oldu ki, günah mənim avtomobilimi vurandadır. Həmin maşın da "Atəşgah" sığorta şirkətində icbari sığortalanıb. Qanuna görə "Atəşgah sığorta" mənim avtomobilimi əvvəlki vəziyyəti kimi təmir etdirməlidir. Lakin sığorta şirkəti heç bir əsas olmadan, özünə sərf edən formada qiymətləndirmə aparıb. Nəticədə 320 manat ödəmək istəyir. Bu məbləğ isə dəymiş ziyanın heç 10 faizi deyil. Mən qiymətləndirmə ilə razılaşmadım və ekspertlərin dəvət olunmasını tələb etdim. Şirkət heç bir sözə məhəl qoymur və ziyanı ödəməkdən açıq şəkildə imtina edir. Sonuncü dəfə rəhbərlik məni hədələdi və "hara istəyirsən, şikayət et" deyərək otağından qovdu. Yeganə çıxış yolum avtomobili şirkətin qarşısında yandırmaqdır. Hörmətli redaksiya, xahiş edirəm başıma gətirilənləri ictimailəşdirməkdə mənə yardımçı olun”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]