Xəbərlər

Çinarə Ömray ağır qəzaya düşdü - Yeniləndi

10-06-2017, 00:01
Çinarə Ömray ağır qəzaya düşdü - Yeniləndi
Bakı-Sumqayıt yolunda yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu haqda veten-tv.az saytı məlumat yayıb.

Məlumata görə, bir saat əvvəl Bakı-Sumqayıt yolunda baş verən qəzada gənc yazar, “Məcnunxana” kitabının müəllifi, Teleqraf.com-da köşə yazılarıyla çıxış edən Çinarə Ömray ağır yaralanıb.

Hadisənin təfərrüatı haqda bilgi yoxdur.

Yaxınlarının verdiyi məlumata görə, gənc yazar xəstəxanaya aparılıb.

***

Yolu keçərkən məni maşın vurdu.

Əzilmişəm, ancaq vəziyyətim qorxulu deyil.

Bu haqda Teleqraf.com-yn ğmğkdaşlna gənc yazar özü bildirib və evdə olduğunu deyib: "İndi yaxşıyam. Qəzadan sonra xəstəxanaya aparıldım. Rentgen müayinəsindən keçirdilər. Qorxulu bir şey olmadığını, yüngül zədələr aldığımı dedilər. İlkin tibbi yardım göstərildi, evə buraxdılar. Sadəcə, hadisənin şokundayam. Bir az ağrılarım var. Mənə görə narahat olan hər kəsə təşəkkürümü bildirirəm“.

Administratorla əlaqə

077 611-55-22

[email protected]