Xəbərlər

Azərbaycanda ər və arvad eyni qəbirdə basdırılıb – VİDEO

9-06-2017, 20:50

Şabran rayonunun ucqar kəndlərindən birində qeyri-adi qəbir var.

Xeberman.com xezerxeber.az-a istinadla məlumat verir ki, Zöhrabkənd kəndində yerləşən, uzunluğu 3 metrə yaxın olan qəbirdə ər və arvad bir yerdə basdırılıb. Başdaşının üzərinə iki nəfərin adı yazılıb.

Kənd ağsaqqalları deyirlər ki, məzarda dəfn edilmiş Mirsadıq Ağamirov dövrünün sayılıb-seçilən adamlarından olub. Əvvəlcə onun həyat yoldaşı Seyid Zəhra dünyasını dəyişib və öləndə onun yaşı 100-dən artıq olub. Sonradan Mirsadiq Ağamirov arvadının yanında basdırılmasını vəsiyyət edib. Kənd sakinlərinin dediyinə görə, Mirsadiq Ağamirovun 150 yaşında ölüb.

Ətraflı videosüjeti təqdim edirik :

Administratorla əlaqə

077 611-55-22

[email protected]