Dünya

Tramp işdən çıxartdığı kəşfiyyat rəisini təhqir etdi (FOTO)

9-06-2017, 15:50

ABŞ prezidenti Donald Tramp Federal Tədqiqatlar Bürosunun keçmiş rəhbəri Ceyms Komeyin konqresdə verdiyi ifadəsinə münasibət bildirib.

"Qaynarinfo" "Washington Post"a istinadən xəbər verir ki, Tramp "twitter" hesabında Komeyi yalançı və böhtançı adlandırıb və onun xəbər sızdıran biri olduğunu deyib.

Qeyd edək ki, Komey dünən hesabat verib və Rusiyanın seçki dövründə müdaxiləsini və Trampın Maykl Flinin tədqiqatını dayandırmaq istəməsi barədə iddiaları təsdiq edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]