Gündəm

Deputat reanimasiyaya yerləşdirilib – YENİLƏNİB

8-06-2017, 17:30

Millət vəkili Hüseynbala Mirələmov insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Mərkəzi Klinik Xəstəxanasından APA-ya bildirilib ki, hazırda deputatın müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti stabildir.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində problem yaranıb. Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

14:36

Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində problem yaranıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, deputat Mərkəzi Klinik Xəstəxanada müalicə olunur.

Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, deputatın vəziyyəti orta stabildir. // Oxu.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]