Dünya

Davudoğlu həbs oluna bilər

8-06-2017, 15:28

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Fəthullah Gülən hərəkatı ilə əlaqələrinə görə həbs oluna bilər.

Xeberman.com xəbər verir ki, Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Məlumatlara görə, bununla əlaqədar daha bir neçə keçmiş nazirin həbsi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müşaviri ötən ilin iyul ayında baş vermiş dövlət çevrilişi cəhdindən Ə.Davudoğlunun məlumatlı olduğunu iddia etmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]