Xəbərlər / Foto Fakt

Türkiyədə Azərbaycanla bağlı tarixi sənəd tapılıb – FOTO

7-06-2017, 20:00

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri dr. İsmayıl Ağayev uzun müddət apardığı araşdırmalar nəticəsində Türkiyə arxivindən Azərbaycan üçün əhəmiyyətli sənəd əldə edib.

Bu barədə Oxu.Az-a Beynəlxalq Diaspor Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Türkiyə Baş Nazirliyi yanında Dövlət Arxivləri Baş İdarəsindən əldə olunan arxiv sənədində Osmanlı dövləti ilə Azərbaycan xanlıqları arasındakı münasibətlərə dair maraqlı faktlar yer alıb.

1578-1914-cü illəri əhatə edən arxiv sənədində Azərbaycan xanlıqları ilə yanaşı, Tiflis, Dağıstan və Çərkəz vilayətinin, eləcə də rus, erməni və gürcü əhalisinin sayını müəyyən edən xəritə göstərilir. Arxiv sənədində o dövrlərdə İrəvanda yeddi yüz min azərbaycanlının yaşadığı qeyd edilir.

Əldə olunan arxiv sənədi AMEA-nın Tarix İnstitutuna təqdim ediləcək. Eyni zamanda bu istiqamətdə araşdırmalar aparan mütəxəssislər də həmin əhəmiyyətli sənəddən faydalana biləcəklər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]