İdman

Arda Turan jurnalistə hücum etdiyinə görə komandadan qovulub – FOTO + VİDEO + YENİLƏNİB

6-06-2017, 18:23

Futbol üzrə Türkiyə milli komandasının əsas oyunçularından biri Arda Turan komandanın düşərgəsindən qovulub.

Xeberman.com AzNews.az-a istinadən xəbər verir ki, milli komandanın baş məşqçisi Fatih Terim onu komandanın düşərgəsindən qovub.

Ardanın komandadan qovulmasına səbəb onun təyyarədə “Milliyet” qəzetinin müxbiri Bilal Meşeni döyməsi olub.

16:22

“Barselona”da forma geyinən Türkiyə millisinin oyunçusu Arda Turan Makedoniya ilə matçdan sonra “Milliyet” qəzetinin idman yazarı, jurnalist Bilal Meşe ilə təyyarədə dalaşıb.

O, jurnalistə bildirib ki, bizim prim (pul mükafatı) aldığımızı iddia edirdin. İndi sübut et, görək, kimdən pul almışıq. O yazını sənə kim yazdırmışdı? Sənin kimilərə niyə bu təyyarəyə minməyə icazə veriblər?

Daha sonra əsəblərinə hakim olmayan Arda jurnalistin boğazından yapışıb. Təyyarədə olan digər futbolçular onu güclə sakitləşdiriblər.

Məsələ ilə bağlı öz şəxsi “Instagram” hesabından açıqlama yayan ulduz futbolçu bunları söyləyib:

Administratorla əlaqə

077 611-55-22

[email protected]