İdman

"Barselona" Arda Turana fantastik qiymət qoydu

4-06-2017, 18:32

"Barselona" Arda Turanın satış qiymətini müəyyənləşdirib.

Axar.az fanat.az-a istinadən xəbər verir ki, Kataloniya klubu türk futbolçusuna 41 milyon avro qiymət qoyub.

Xəbərdə bildirilir ki, Arda Turanı "Arsenal" istəyir. Türk futbolçunun artıq İngiltərəyə getmək üçün viza aldığı da bildirilir.

Arda Turanın xidmətində həmçinin "İnter"in də maraqlı olduğu bildirilir. Dünən isə "Barselona"ya yaxınlığı ilə tanınan "El Mundo Deportivo" onun "Qalatasaray"a dönəcəyini yazmışdı.

Qeyd edək ki, "Barselona" Arda Turanı "Atletiko"dan bonuslar daxil 41 milyon avroya almışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]