Xəbərlər

Bakıda iki çimərlik yararsız çıxdı – MONİTORİNQ

5-06-2017, 00:00

“Dəniz suyu nümunələrinin monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub”.

Xeberman.com xəbər verir ki, bunu Report-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, yerdə qalan çimərliklərdə dəniz suyu standartlara cavab verir: “İki rayonun ərazisindən götürülən nümunələrdə bağırsaq çöpləri həddən artıq çoxdur. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır”.

Beləliklə, adı qeyd olunan iki çimərliklə əlaqədar olaraq 2010-cu ildə qəbul olunan 83 saylı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, monitorinqlərə may ayının 16-dan başlanılıb. Monitorinqləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə keçirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]