Ölkə

Türkmənistandan Azərbaycana toz dumanı gələcək – XƏBƏRDARLIQ

14-03-2017, 18:39

Toz dumanı artıq Xəzər dənizinin üzərindədir. Günün ikinci yarısından sonra toz dumanı hava axını ilə birlikdə ölkə ərazisinə daxil olacaq”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.

O bildirib ki, Ərəbistandan gələn toz dumanı artıq ölkənin üzərindən çəkilib.

M.Avazova qeyd edib ki, Bakı və Abşeron yarımadasında müşahidə olunan tozun miqdarı normadan çoxdur: “Elə də kritik vəziyyət olmasa da, sadəcə ürək-qan damar sistemində problem olan insanların belə havada qapalı şəraitdə olmaları daha əlverişlidir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]