Xəbərlər

Elçin Quliyev pulsuz yoqa dərsi keçib – FOTO

4-06-2017, 10:40
Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası baş tutub.

Oxu.Az-ın məlumatına görə, bu barədə məlumatı teleaparıcı Hacı Nuran öz Facebook səhifəsində paylaşıb.

Teleaparıcının qeyd edib ki, bu gün səhər saat 8:00-da “Hatha-Yoqa” sessiyası, 9:00-da isə “Sri Sri Yoqa” sessiyası olub.

Açıq hava yoqa sessiyası “Yoga Shahi” studiyasının təcrübəli müəllimləri Yelena Səfərova və Elçin Quliyev tərəfindən keçirilib.

“Saat 8:00-da 10 ildən çox təcrübəsi olan, 2009-cu ildə Polşadakı Beynəlxalq Şivananda yoqa kurslarını bitirərək yoqa müəllimi adına layiq görülmüş Elçin Quliyevin iştirakı ilə yoqanın klassik növü olan “Hatha-Yoqa” sessiyası, saat 9:00-da isə “art of life” fondunun təmsilçilərindən biri olan Yelena Səfərovanın iştirakı ilə “Sri Sri Yoqa” sessiyası təşkil edilib”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]