Xəbərlər / Ölkə

Bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ

2-06-2017, 21:57

Abşeron rayonunun Masazır qəsəbəsinə, Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Xeberman.com-a bildirilib ki, iyunun 4-dən 6-dək “Qaz İxrac” İdarəsinin balansında olan “Astara-Qazıməmməd” və “Qaradağ-Şimal DRES” magistral qaz kəmərləri üzərində tənzimləyici qurğuların quraşdırılması, qaz sızmalarının ləğvi və cari təmir işləri ilə əlaqədar adı çəkilən qaz kəmərlərində qaz təchizatı dayandırılacaq. Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsinə, Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.

“Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]