Xəbərlər

Ermənistan hərbçisi asılmış vəziyyətdə tapılıb

1-06-2017, 22:03

Ermənistan hərbçisi, 1981-ci il təvəllüdlü Melik Xaçatryan ölkənin Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin ambarında asılmış vəziyyətdə tapılıb.

Ermənistan mətbuatının yaydığı məlumata görə, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, hadisə yerindən məktub tapılıb.

Fakt üzrə cinayət işi açılıb, hadisənin təfərrüatları araşdırılır.
Femida.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]