Kriminal

Azərbaycanda kişi polis şöbəsində damarlarını doğradı

1-06-2017, 04:49
Azərbaycanda polis şöbəsində intihara cəhd olub.
Hadisə Xaçmazda baş verib.
Xeberman.com-un verdiyi məlumata görə, 38 yaşlı, Bakının Sabunçu rayon sakini Ramin Abdulhəsən oğlu Əhmədov damarını kəsərək özünü öldürmək istəyib. Yaralı dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəstəxanaya polisin müşayiətilə gətirilən yaralıya ilkin yardım göstərilib. Sonra o yenidən şöbəyə qaytarılıb.
Onun nə üçün bu addımı atdığı açıqlanmır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]