Dünya / Maraqlı

Prezident telefon nömrəsini payladı - "Mənə zəng edin"

1-06-2017, 01:20
Təhlükəsizlik qüvvələri panikaya düşdü

ABŞ prezidenti Donald Tramp dünya liderlərinə öz mobil telemfon nömrəsini paylamağa başlayıb. Press-az.com məlumatına görə, o həmkarlarından hər hansı məsələ ilə bağlı birbaşa onun özünə zəng etmələrini istəyib.

Lakin bu qəribə təklif birmənalı qarşılanmayıb. Xüsusilə təhlükəsizlik xidməti tərəfindən. Məlumata görə, dövlət başçısının bu addımı diplomatik protokol qaydalarına ziddir və ölkə təhküləsizliyi, məlumat gizliliyi ilə bağlı qaydaları pozur.

İlkin mərhələdə o nömrəsini Meksika lideri və Kanadanın baş nazirinə verib. Hələlik ancaq Kanadanın baş naziri Trampın bu təklifindən yararlanıb.

Fransız məmurlar ABŞ prezidentinin fransalı həmkarı Emmanuel Makronla da nömrə dəyişdirdiyini də deyib. Bu isə Makron seçkidə qələbə qazandıqdan sonra olub. Lakin Makronun bu nömrədən istifadə edib-etmədiyi bəlli deyil.

Administratorla əlaqə

077 611-55-22

[email protected]