Dünya

Qorxunc qadın mafiya başçısı tutuldu - Foto

29-05-2017, 12:17

Mafiya savaşlarının hökm sürdüyü Latın Amerikasında ən təhlükəli qadın mafiya başçısı Marixa Lemus tutulub. "Patroniça" ləqəbli Lemusun pullu qatillər şəbəkəsi imperatorluğu yaratdığı ortaya çıxıb.

Qaynarinfo.az xəbər verir ki, Qvatemala mafiyasının tək qadın lideri Marixa Lemus pullu qatillərdən yaranmış şəbəkəni idarə edirmiş.

Qanlı "Patroniça" əksəriyyəti öz qohumlarından olduğu bilinən pullu qatillərdən ibarət mafiyası ilə Qvatemalada qorxu imperatorluğu yaradıb.

Polis yüksək rütbəli b polis rəisi də daxil olmaqla bir çox qətldə Lemus və bandasını günahlandırır.

Araşdırmalar nəticəsində məlum olub ki, "Patroniça" həyat yoldaşını öldürməyi öz bacısına əmr edib.

Uzun müddət tutulmayan Marixa Lemus keçən ilin sonunda böyük əməliyyatla ələ keçrilib və məhkəmə qərarı ilə 94 il azadlıqdan məhrum olunub. Həbsxana işçilərindən birini rüşvətlə ələ alıb polis geyimi ilə 11 mayda cəza evindən qaçsa da, qonşu ölkə El Salvadorda ortaya çıxıb.

Tanınmamaq üçün saçlarını boyayan Lemusu Qvatemala polisi yenidən həbs edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]