Siyasət

Vaqif Abdullayevin qəbul şousu - Nazir cəmi 5-6 “şikayətçi” ilə görüşə bilib

28-05-2017, 22:03
Vaqif Abdullayevin qəbul şousu - Nazir cəmi 5-6 “şikayətçi” ilə görüşə bilibKəmaləddin Heydərovun Beyləqan səfəri və icra başçısının hökümətlə xalq arasında hördüyü divar

Bu gün Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Beyləqanda vətəndaşları qəbulu zamanı yaşanan rəzalət beyləqanlıları qəzəbləndirib.

Bu gün Beyləqanda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov vətəndaşları qəbul edib və onların şikayətlərini dinləyib. Belə demək mümkünsə təbii ki. Yəni rəsmi olaraq belə görünüb ki, nazir vətəndaşların dərdlərini dinləmək üçün Beyləqana gəlib. Ancaq vətəndaşlar hər nə qədər cəhd eləsələr və hətta kənardan qışqır-bağır salsalar da, Kəmaləddin Heydərovla görüşmək imkanına nail ola bilməyiblər. Daha çox qışqıranları və nazirlə görüş təşkil edəndəri isə polis müvəqqəti olaraq saxlayıb.

Fövqəladə Hallar nazirinin Beyləqan səfəri ilə bağlı AzMedia.info saytına nazirin qəbuluna yazılan çoxsaylı şəxslərdən daxil olan məlumata görə Beyləqan İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev xalqla nazir arasında keçilməz divar hörüb. Şikayətçilər saytımıza bildirib ki, 300-dən artıq beyləqanlı nazirin qəbuluna yazılsa da, onlardan heç biri nazirlə görüşmək şansına malik ola bilməyiblər. Çünki icra başçısı Vaqif Abdullayevin qəti tapşırığına görə heç bir şikayətçi nazirin qəbuluna buraxılmayıb. Əsil şikayətçilərin əvəzinə isə icra başçı özünə yaxın olan 5-6 adamı nazirin qəbuluna şikayətçi adı altında salıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]