Dünya

Dəmirtaş həbsdən Ərdoğana mesaj yolladı

27-05-2017, 20:54

PKK-ya yaxınlığı ilə seçilən XDP-nin İstanbul üzrə millət vəkili Qaro Paylan KRT efirində maraqlı açıqlama verib.

Həbsdə olan XDP lideri Səlahəddin Dəmirtaşın mesajını çatdırıb.

Millət vəkili bildirib ki, 15 ilyul – hərbi çevrilişə cəhd hadisələrindən sonra Dəmirtaş Türkiyə prezidenti Tayyib Ərdoğanla görüşmək istəyib. Onun bu təşəbbüsünü nazirlərin də dəstəklədiyini deyən Paylan Ərdoğanın təklifi rədd etdiyini vurğulayıb.

"Dəmirtaş dedi ki, gəlin bu hadisələrdən dərs götürək. Nazirlər, millət vəkilləri də bu təklifi dəstəklədilər ki, toplaşaq, müzakirə edək, nəticələr çıxaraq. Amma Ərdoğan razılaşmadı. AKP, MHP və CHP-nin olduğu görüşlərdə XDP yox idi”. // BakuPost.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]