Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 47,8 min nəfər peşə hazırlığı və təhsil kurslarına cəlb olunub - 4 ayda

18-05-2017, 12:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işaxtaran və işsiz vətəndaşların məşğulluq imkanlarına yiyələnmələri üçün həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri də belə vətəndaşların əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkil olunmasıdır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberman.com -a verilən məlumata görə, bu istiqamətdə tədbirlərin davamı olaraq, yanvar-avqust aylarında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 2545 nəfər vətəndaş (o cümlədən 108 nəfər əlilliyi olan şəxs) üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Həmçinin bu dövrdə nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə 202 nəfər gənc peşə hazırlığına qəbul olunub.

Ümumilikdə ƏƏSMN tərəfindən bu ilin 8 ayında 2747 nəfər vətəndaşın peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilməsi işləri görülüb ki, həmin şəxslərdən 310 nəfəri (11,3 faiz) əlilliyi olan şəxslərdən ibarətdir.

Qeyd olunan kurslarda kompüter istifadəçisi, kompüter mühasibliyi, qənnadçı, tornaçı, dərzi, bərbər, mebel quraşdırıcısı, kompüter texnikasının təmiri, elektrik qaynaqçısı, avtomobil təmiri üzrə çilingər, xalçaçı və s. peşələr öyrədilib. Peşə kurslarında modul tədrisi proqramlarından da geniş istifadə olunub və kursları bitirənlərə sertifikatlar təqdim edilib.

Peşəyönümü tədbirləri də davam etdirilib. Gənclərin düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi üçün pedaqoji kadrların və valideynlərin də iştirakı ilə keçirilən peşəyönümü tədbirlərində 64102 nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Onların əksəriyyətini orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri təşkil edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]