Xəbərlər

Bakıda biznesmen avtoş qəza törətdi - Video

16-05-2017, 10:53

Bakının Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Report-un xəbərinə görə, Neftçilər prospekti ilə hərəkətdə olan, 1982-ci il təvəllüdlü Şənlik Şükürovun idarə etdiyi BMV X5 markalı avtomobil yol kənarındakı sürücüləri məlumatlandıran monitorun dirəyinə çırpılıb.

Nəticədə avtomobil bir neçə hissəyə ayrılıb, sürücü və maşında olan sərnişin, 1985-ci il təvəllüdlü Babayeva Xatirə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya uğrayan maşın Neftçilər prospektində "Renc Rover" markalı digər avtomobil ilə sürət yarışına çıxıb və nəticədə yol qəzası baş verib.

Qeyd edək ki, Ş.Şükürov "Salam Aleykum" restoranının sahibidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]