Əsas Səhifə / Dünya

Uşağa verilən işgəncə gizli kameraya düşdü – FOTO

14-05-2017, 17:02

Türkiyədə iş adamı uşağına işgəncə verən ukraynalı qadın həbs edilib.

Oxu.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 54 yaşlı Nadya Şapoval adlı qadının işgəncələri ev sahibinin mənzildə quraşdırdığı gizli kameralara düşüb.

İstanbulda yaşayan ailə uşağın bədənində göyərmələr və qızartılar gördükdən sonra mənzildə bütün otaqlara gizli kamera yerləşdirib. Dayənin davranışlarını bəyənməyən ailə onu işdən qovub.

Ata və ana dayə evi tərk etdikdən sonra kameraya həkk olan görüntülərə baxmaq qərarına gəliblər. Uşağın dayə tərəfindən dəfələrlə döyüldüyünü görən ailə polisə şikayət edib.

Hərəkətə keçən polis gecə saatlarında ukraynalı qadını Marmarisdə yaxalayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]