Xəbərlər

Alim Qasımov azan oxudu – VİDEO

13-05-2017, 11:13

Xəbər verdiyimiz kimi, bu gün “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib.

Xeberman.com Qafqazinfo-ya istinadən xəbər verir ki, mərasimdə maraqla qarşılanan səhnələrdən biri də xalq artisti Alim Qasımovun azan oxuması idi.

Qeyd edək ki, sözügedən süjet “İnanc” adı daşıyıb. Xəzər üzərində Ay görünür, əfsanəvi muğam ustası Alim Qasımovun ecazkar səsi minarənin zirvəsindən ətrafa yayılır.

Bu, azan səsidır. Mina həmin sədanın təsiri ilə dini dəyərlərin və tolerantlığın möhtəşəm məkanı olan Heydər Məscidinə yollanır. Əllərində fənər tutan yüzlərlə mömin İslamın qüdrəti ilə buraya gəlir. Onların inanc odları kainatdakı ulduzlar kimi Minanın gözləri qarşısında parlayır və dövr edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]