Xəbərlər / Şou-biznes

Meray Kerrinin Bakıda səhnəyə çıxmaq üçün alacağı qonarar məlum oldu

9-05-2017, 10:28

Bakıda keçiriləcək Formula 1 Qrand-Prixin bağlanış mərasimində çıxış edəcək Meray Kerrinin alacağı qonararın məbləği məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Vətən qəzeti yazıb.

Qəzetin yazdığına görə, Tarkan sözügedən konsertdə 500 min dollar qarşılığında səhnəyə çıxacaq. Meray Kerri isə türk meqastarın qonararının yarısı qədər alacaq. Bu isə, 250 min dollar deməkdir.

Qəzet eyni zamanda Bakıda açılışda səhnəyə çıxacaq hər iki ifaçının 7 ulduzlu oteldə “Kral dairəsi”ndə qalacağını qeyd edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]