Foto Fakt

“Azər-Türk Bank”da qanunu çeynədilər: Orxan Hüseynov qeyri-qanuni yolla necə sədr oldu? – FOTO

7-05-2017, 01:10
“Azər-Türk Bank” ASC-də “Banklar haqqında qanun”un tələbləri kobud şəkildə pozulub.

PressClub.Az-ın əldə etdiyi məlumata görə, hazırda bankın idarə heyətinə, idarə heyatində təmsil olunmaq hüququ olmayan şəxs sədrlik edir.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayından Bankın idarə heyətinin sədri vəzifəsini Orxan Ziyad oğlu Hüseynov icra edir. O, 2010-2014-cü ildərdə “Texnika Bank”ın idarə heyətində təmsil olunub. 2014-2016-cı illərdə isə “Bank Standart”ın idarə heyəti sədrinin müavini olub.
“Azər-Türk Bank”da qanunu çeynədilər: Orxan Hüseynov qeyri-qanuni yolla necə sədr oldu? – FOTO

Bildirək ki, hər iki bank müflis elan olunub. “Banklar haqqında” qanunun 10.2.1 maddəsinin tələblərinə görə maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı bankların, onların filiallarının, şöbələrinin və xarici bankların yerli filiallarının inzibatçısı ola bilməzlər.

Belə olan təqdirdə O.Hüseynovun hansı əsasla bu vəzifəni icra etməsi maraq doğurur.

İqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov da, O.Hüseynovun faktiki olaraq “Azər-Türk Bank” ASC-in İdarə heyətinin sədri vəzifəsini tutmasının qanunsuz olduğu qənaətindədir.


O, PressClub.Az-a açıqlamasında bildirib ki, “Texnika Bank”ın bağlandığı tarixin üstündən bəlli müddət keçdiyi üçün 2014-cü ilə qədər həmin bankın idarə heyətində təmsil olunan şəxsin “Azər-Türk Bank” ASC-də idarə heyətinin sədri vəzifəsini icra etməsi qanun pozuntuzu sayılmır:

“Banklar haqqında qanun”a görə, müflis elan olunan bankın rəhbərliyində təmsil olunan şəxs son bir il müddətində hər hansı bir bankda rəhbər vəzifəni icra edə bilməz.
Ancaq ortada “Banks Standart” məsələsi var. Görünən odur ki, “Azər-Türk Bank” ASC “Banklar haqqında qanun”un 10.2.1. maddəsini pozub. “Bank Standart” 2016-cı ilin oktyabrında müflis elan edilib. Orxan Hüseynov isə həmin ilin dekabr ayından “Azər-Türk Bank” da idarə heyətinin sədri vəzifəsini icra etməyə başlayıb. Faktiki olaraq bu adam 2015-ci ilin oktyabr ayından 2016-cı ilin oktyabrına qədər “Bank Standart”ın İdarə Heyətində təmsil olunubsa deməli bu adam 2 il müddətində heç bir bankda rəhbər vəzifə tuta bilməz”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]