Xəbərlər

"Porsche" ilə adam öldürənin biznesmen atası: “14 yaşlı uşağı həbs edərlər?”

4-05-2017, 15:16

Dünən saat 16:00 radələrində "Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanın vurularaq öldürülməsi barədə xəbər vermişdik.

Xeberman.com-n məlumatına görə, hadisəni törədərək qaçan şəxs iş adamı Füzuli Fərəcovun oğlu Ağəli Fərəcovdur. F.Fərəcov hadisə ilə bağlı unikal.org-a danışıb.

O, bildirib ki, hazırda araşdırma aparılır: "Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.

Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, "14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?...”-deyə qeyd edib.

"Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?”- Sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]