Gündəm

“Bütün Azərbaycan ayağa qalxmalıdır” - Zeynəb Xanlarova

2-05-2017, 15:24
"Mən həmişə demişəm ki, Türkün gücü tükənməzdir. Türkün gücünü görən Avropa Şurası Parlament Assambleyası əlbəttə belə qərəzli hərəkətlər edəcək”.

BakiPost.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zeynəb Xanlarova bu gün keçirilən plenar iclasda deyib.

Z.Xanlarova bildirib ki, AŞPA-nın qərarı bütün Azərbaycan xalqını qəzəbləndirib: "Mən çox xahiş edirəm, bütün parlament adından etirazımızı bildirək. Çünki belə bir hərəkət, Türkiyəyə qarşı olan qərar, o biri gün bizə qarşı olacaq. Biz özümüzü Türkiyədən ayıra bilmərik. Nəinki parlament deputatları, bütün Azərbaycan xalqı ayağa qalxmalıdır. Bizə bir şey olanda Türkiyə dayanır arxamızda, indi də biz Türkiyənin yanında olmalıyıq”.

Xatırladaq ki, AŞPA Türkiyənin postmonitorinqdən çıxarılaraq yenidən monitorinq altına alınması ilə bağlı qərar qəbul edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]