Əsas Səhifə / Xəbərlər

Azərbaycanda xeyirxah bərbər - - VİDEO - FOTO

29-04-2017, 12:25
Azərbaycanda xeyirxah bərbər -  - VİDEO - FOTO
Sumqayıtda şəhid və imkansız ailələrə xidmət pulsuzdur.

ARB 24 xəbər verir ki, şəhərin 25 yaşlı bərbəri Vüsal Abdulhüseynov şəhid ailələrinə yardım məqsədi ilə humanitar kampaniyaya start verib.

Vüsal Abdulhüseynov (bərbər): "Şəhid və kimsəsiz ailələrə pulsuz yardım göstərmək istədim. Onlara kömək məqsədilə bu cür yola əl atdım. Şəhid ailələrinə diqqət önəmlidir. Onlara borcumu bu yolla ödəməyə çalışıram".

Xeyirxah bərbər deyir ki, bəzi insanlar bundan sui-istifadə edirlər. Amma buna baxmayaraq o, xeyirxah əməlini davam etməkdə israrlıdır. Şəhər sakinləri onun bu əməlini təqdirəlayiq adlandırır və rəğbətlə qarşılayırlar.

25 yaşlı saç ustası bu əməlindən böyük şərəf duyduğunu və hər zaman sevə-sevə davam etdirəcəyini deyir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]