Kriminal

''"Bulvar Otel"də mənə narkotik təklif edib'' - Bakıda erməninin məhkəməsindən

26-04-2017, 14:47
Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən proses qapalı baş tutub. Media nümayəndələri zala buraxılmayıb. Məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Ueldanov özünü təqsirli bilməyib. O məhkəmədə sərbəst ifadəsi zamanı ittihamları qəbul etməyib. Həmçinin qeyd edib ki, narkotik istifadəçəsi deyil. Məhkəmə zamanı 5 nəfər şahid dindirilib.

Şahid qismində dindirilən Nicat Həsənov qeyd edib ki, Marat Ueldanovla birgə "Bulvar Otel"də birgə işləyib: "Marat tez-tez mənə narkotik maddəni istifadə etməyə təklif edib. Deyirdi ki, lazım olsa, təşkil etsin. Mən də ona dedim ki, bunun bizim ölkədə istifadəsi qadağandır". Məhkəmə prosesi aprelin 28-da keçiriləcək.

Qeyd edək ki, keçən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb.

Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb: “Onun əsl soyadı Qalustyan olub. Bakıda guya o, erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə həbs edilib”. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə) maddəsi ilə ittihamı verilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]