Analitika

“Ermənilər qiymətli övladlar yetişdirərək inkişafımıza töhfə verib” - Ərdoğandan başsağlığı

26-04-2017, 13:51
“Ermənilər qiymətli övladlar yetişdirərək inkişafımıza töhfə verib” - Ərdoğandan başsağlığıTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin (qondarma erməni soyqırımı) növbəti ildönümü münasibətilə İstanbulda erməni patriarxı Aram Ateşyana başsağlığı verib

Azərbaycan 24 Türkiyə KİV-nə istinadən xəbər verir ki, məktubda qeyd edilib:

“Sizləri sevgi və hörmətlə salamlayıram. Birinci Dünya Müharibəsinin çətin şəraitində həyatını itirən Osmanlı Ermənilərini bu il də ehtiramla xatırlayır, nəvələrinə başsağlığı verirəm. Bölgənin iki qədim cəmiyyəti olaraq türklər və ermənilər min ildir ki, çiyin-çiyinə yaşadığı bu məkanda, ortaq tarixi və mədəniyyəti ilə bölüşüblər. Erməni cəmiyyəti, istər Osmanlı imperiyası zamanında istərsə də indi çox qiymətli övladlar yetişdirərək ölkəmizin inkişafına böyük töhfələr veriblər.

Dünən olduğu kimi, bu gün də ermənilər, ölkəmizin bərabərhüquqlu və azad vətəndaşları olaraq, sosial və siyasi həyatımızın hər sahəsində mühüm rollar oynayır.

Əsrlərlə sevinc və qayğıda birgə iki xalqın, keçmişin yaralarını bürüməsi və insanı bağlarını daha da möhkəmləndirməsi hamımızın ortaq məqsədidir. Bu istiqamətdə son 14 ildə bir çox addım atmışıq, tarixi xarakterli islahatları həyata keçirdik. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni irsinə sahib çıxmağa yönəlik işimizi, növbəti prosesdə artaraq davam etdirəcəyik.

Bu fikirlərlə, XX əsrin əvvəlində həyatını itirən Osmanlı Ermənilərinin xatirələrini bir daha yad edirəm. Birinci Dünya Müharibəsinin çətin şəraitində həyatını itirən milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]