Kriminal

Bakıda hündürmərtəbəli binada yanğın

3-01-2016, 18:19

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 5-ci, 6-cı mərtəbələrində tikilmiş ümumi sahəsi 4 kv.m olan köməkçi otağın 1 kv.m sahədə yanar konstruksiyaları, 3 ədəd su sayğacı və 10 p.m elektrik kabeli yanıb. FHN-nin xəbərinə görə, yüksək temperaturdan mənzillərə gedən plastik su xətləri əriyib.

Yanğın zamanı mənzildən bir azyaşlı və liftin içərisində köməksiz qalmış vətəndaş yanğınsöndürənlər tərəfindən xilas edilib. Sayğacların və elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 13:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]