Dünya
Tramp rusların bu hərəkətindən xəbərdardır - Ağ Ev
21-04-2017, 22:59
Prezident Donald Tramp Rusiya qırıcılarının Alyaska ətrafında uçuşlarından xəbərdardır.
Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Şon Spayser mətbuat konfransı zamanı deyib.
O, belə uçuşların qeyri-adi olmadığını bildirib:
“Biz də beynəlxalq hava məkanında uçuşlar həyata keçiririk. Bu, beynəxalq qaydalara tamamilə uyğundur”.
Xatırladaq ki, Rusiyaya məxsus Tu-95 qırıcıları iki gün ərzində Alyaska civarında uçuşlar həyata keçiriblər.