Xəbərlər

ULDUZ Şokolad Fabriki - "İlin qənnadı fabriki” seçildi

14-04-2017, 21:30

Ulduz Şokolad Fabriki Beynəlxalq “Caspian Energy Award - 2016” və “Caspian Business Award - 2016” Mükafatlarına layiq görülmüşdür.

Bakıda baş tutan “4-cü Beynəlxalq Caspian Energy Forum-2017”də Ulduz Şokolad Fabriki 2017-ci ilin “İlin qənnadı fabriki” nominasiyasına layiq görülmüşdür.

Tədbirdə çıxış edən Ulduz Şokolad Fabrikinin direktoru Mahir Balasıyev əsas məqsədin yerli bazarla yanaşı xarici bazarlarda da beynəlxalq standartlara cavab verən keyfiyyətli və rəqabət qabiliyyətli məhsul istehsal etmək olduğunu vurğulayıb.

M.Balasıyev həmçinin bildirmişdir ki, fabrik Beynəlxalq Qida sərglərində ölkəmizi “Made in Azerbaijan” brendi altında uğurla təmsil edərək keyfiyyətdə fərqlənmə mükafatlarına layiq görülüb.

“Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq hər il Almaniya, Rusiya, Hollandiya, İran, BƏƏ və bir sıra digər ölkələrdə keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir” deyə fabrik rəsmisi əlavə etdi.

Qeyd edək ki, “Caspian Energy Award” və “Caspian Business Award” beynəlxalq mükafatları dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən, Xəzər Qara dəniz və Baltik regionlarında il ərzində əldə etdiyi nailiyyətlərə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndələrə, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]