Ölkə

Göyçayda çörəyin qiyməti ucuzlaşıb – VİDEO

13-04-2017, 11:39

Göyçayda indiyədək 30-40 qəpiyə satılan çörəyin qiyməti indi 25 qəpiyə düşüb. Bəs ucuzlaşmanın səbəbi nədir?

Xeberman.com Xəzər TV-yə istinadən məlumat verir ki, yerli sahibkarlar çörəyin ucuzlaşmasını, əsasən, unun qiymətinin düşməsi ilə əlaqələndirirlər. Əvvəllər 26 manata satılan bir kisə un indi 24 manata təklif edilir. Qiymətin düşməsi sakinlərin urəyincə olub.

Unun qiymətində ucuzlaşma olsa da, çörəyin çəkisi də qismən azaldılıb ki, bu da qiymətə təsir edib. Çəkisi azalsa da, 25 qəpiyə satılan çörəyə tələbat daha çoxdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]